Pakistanda pilotsuz uçuş aparatının zərbəsi bir nəfərin ölümünə səbəb oldu
Pastavan bölgəsindəki hadisədə altı nəfər də yaralanıb
01 İyul 2026
Pakistanın Pastavan bölgəsində pilotsuz uçuş aparatının (PUA) güman edilən zərbəsi nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra xəstəxanaya yeddi nəfər çatdırılıb. Onların arasında ağır yaralanan bir qadın da olub. Sonradan qadın xəstəxanada ölüb.
Daha əvvəl Pakistan mediası Əfqanıstan tərəfdən dörd PUA-nın buraxıldığı barədə məlumat vermişdi.