ddf3d43f43
f3f3
23 İyul 2026
Ötən ay İsrail hökuməti tərəfindən təsdiq edilən qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar Azərbaycanın İsrailin Baş naziri Benyamin Netanyahuya göstərdiyi təzyiqdən sonra Knessetin (parlamentin) səsverməsinə çıxarılmayıb. Bu barədə İsrailin Haaretz nəşri məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, İsrailin xarici işlər naziri Gideon Saar bu məsələni irəli aparmağa çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev İsrail Baş nazirinin Aparatı ilə əlaqə saxladıqdan sonra Netanyahu səsverməni bloklayıb. Haaretz yazır ki, bundan sonra İsrail tərəfi məsələnin Knessetin gündəliyindən çıxarıldığı və parlamentin yay tətilindən əvvəl keçiriləcək səsvermələr paketinə daxil edilməyəcəyi ilə bağlı Azərbaycan nümayəndələrini məlumatlandırıb.
Bununla yanaşı, İsrail Xarici İşlər Nazirliyinin rəhbərinin ofisi səsvermənin Netanyahunun təşəbbüsü ilə ləğv edildiyi barədə iddiaları təkzib edib. Lakin Knessetin məsələni niyə gündəliyə çıxarmadığına dair alternativ izah da təqdim edilməyib.
Haaretz qeyd edir ki, Azərbaycan İsrailin ən mühüm strateji tərəfdaşlarından biri olaraq qalır. İki ölkə hərbi, enerji və kəşfiyyat sahələrində sıx əməkdaşlıq edir.
Bəs İsrail tərəfinin bu qərarının əsl mahiyyəti nədən ibarətdir? Benyamin Netanyahunun məhz Bakının təkidi ilə Knessetdə səsvermənin qarşısını almağa razılaşdığını güman etmək olarmı? Və bunu Türkiyə ilə İsrail arasında onsuz da mürəkkəb olan münasibətlərin daha da pisləşməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirmək dü
-(1).jpg)